Orqanizmi təmizləyən və cavanlaşdıran


Digərləri 16 Apr 2018 22:29:00 292 0

Orqanizmi təmizləyən və cavanlaşdıran

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.

Fransızlar ispanağı "krallar tərəvəzi"adlandırırlar. Amerikalılar üçün ispanaq sağlamlıq və güc rəmzidir. Amerikada ispanaq kiçik yaşlı uşaqların qidalanmasına daxil olan ilk tərvəzlərdən biridir. Onlar bunu uşaqların sümüklərinin normal inkişafı və raxitin profilaktikası üçün edir.

İspanaq çox zəngin vitamin və minerallar mənbəyidir. Burada A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar.

Son.az saglamolun.az-a istinadən xəbər verir ki, ispanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:

- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır

- orqanizmdən ziyanlı maddələri xaric edir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir

- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır

- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır