Piylənməyə səbəb olan bakteriyalar aşkar edilib


Digərləri 16 Apr 2018 22:17:00 431 0

Piylənməyə səbəb olan bakteriyalar aşkar edilib

Alimlər insan bağırsağında yağlı Qərb yeməklərindən qidalanan xüsusi mikroblar aşkar ediblər. Həmin mikroblar yeməyin həzm olunması zamanı yağın sorulmasına yardım göstərir və piylənməni sürətləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "CellHost & Microbe" jurnalında dərc edilmiş məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, alimlər Qərb rasionunun Alsheymer xəstəliyinin inkişafını sürətləndirdiyini müəyyən ediblər. ABŞ-ın Çikaqo Universitetinin əməkdaşı Yucin Çanq deyib: "Həmin bakteriyalar bağırsağın daha rahat şəkildə yağları canına çəkməsinə gətirib çıxaran proseslər zəncirində ən mühüm həlqələrdəndir. Nazik bağırsağın mikroflorasını öyrənənlər az olmayıb, ancaq ilk dəfə biz bu bakteriyaların yağların həzm olunması və sorulmasını idarə etdiyini, həmçinin kökəlmənin və ürək xəstəliklərinin inkişafında mühüm rol oynadığını göstərmişik".

Son illərdə alimlər kalorinin və yağlı qidaların yüksək miqdarı ilə səciyyələnən Qərb qida rasionunun bir sıra zərərli cəhətlərini aşkara çıxarıblar. Məsələn, bir il əvvəl onlar müəyyən ediblər ki, yağlı qida Alsheymer xəstəliyinin inkişafına təsir göstərir və beynin işini elə dəyişir ki, daha çox yemək həvəsi yaranır. İki il əvvəl isə fastfudun hətta bir az əvvəl yeyilən qidanı unutdurduğu da aydınlaşdırılıb.