Türkiyə prezidenti NATOnun baş katibi ilə görüşüb


Dünya 16 Apr 2018 22:05:00 269 0

Türkiyə prezidenti NATOnun baş katibi ilə görüşüb

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

Son.az APA-ya istinadən bildirir ki, görüşdə Suriyadakı vəziyyət və Türkiyə - NATO münasibətləri müzakirə olunub.

NATO baş katibi Türkiyənin Alyansdakı strateji əhəmiyyətini vurğulayıb. Tərəflər  həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.