Saçı tez ağaran adamları bu təhlükə gözləyir


Digərləri 16 Apr 2018 21:50:00 283 0

Saçı tez ağaran adamları bu təhlükə gözləyir

Türkiyəli həkimlər müəyyənləşdiriblər ki, saç ağarması yaş və genetik faktorların təsirindən ortaya çıxır. Bu proses hər gün artır və qalıcı olur.

Son.az musavat.com-a istinadən bildirir ki, bəzi insanlarda isə saç ağarması erkən yaşlarda, hətta bəzən uşaq yaşlarında da baş verir. Saç ağarması adətən ağ dərili insanlarda 30, qara dərililərdə isə 40 yaşda başlayır. Araşdırmalar 50 yaşdan yuxarı insanların yarıdan çoxunun saçlarının ağardığını sübut edib. Saçların vaxtından tez ağarmasında genetik faktorların mühüm rol oynayır. Bəzi sistematik xəstəliklər və ya dəriylə bağlı problemlər də saçların erkən ağarmasına səbəb olur. Dərinin rəngini təmin edən maddənin - piqmentlərin azalması dəridə ağarmaya gətirib çıxarır. Bu da vaxtından əvvəl yaşlanma sindromları, hipotiroid kimi problemlər yaradır.