Qızları arıqlasın deyə... ona plastik əməliyyat hədiyyə etdilər


Digərləri 16 Apr 2018 21:44:00 249 0

Qızları arıqlasın deyə... ona plastik əməliyyat hədiyyə etdilər

Valideynləri arıqlayan qızlarını silikon döşlə mükafatlandırıblar. Son.az musavat.com-a istinadən bildirir ki, 23 yaşlı qız valideynlərinə 38 kilo arıqlamağa söz verib. Britaniyanın Mançester şəhər sakini Hollo Modlinski Misirdə çalışdığı müddətdə xeyli kökəlibmiş.

"Mən evə qayıdanda valideynlərim gördülər ki, xeyli çəki almışam" deyən qızın sözlərinə görə, valideynləri ondan arıqlamaq barədə düşünməyi xahiş ediblər. Hətta onlar vəd ediblər ki, qızları arıqlasa ona plastik əməliyyat üçün pul da versinlər.

Son nəticədə Holli ağır dietaya girib və birinci həftə boyunca yeddi kiloqram atıb. Dördüncü aya girəndə isə onun çəkisi 78,5 kilo olub. Buna baxmayaraq, o, hesab edib ki, xarici görünüşü heç də yaxşılaşmayıb. "Mən öz bədənimə nifrət edirdim və nəticədə tam 38 kilo arıqladım. Döşlərim boşalmış qum torbalarına bənzəyirdi".