Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin açılışı olub


Digərləri 16 Apr 2018 21:21:39 258 0

Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin açılışı olub

Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin təntənəli açılışı olub.

Bakı. Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin təntənəli açılışı olub. Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş III Respublika müsabiqəsinə start verilib. Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edir, uşaqlar bütün respublika üzrə seçilir, müsabiqə isə iki mərhələdə keçirilir. Müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə həyata keçirilir. Müsabiqə çərçivəsində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı elmi-praktik konfrans keçiriləcək.