NASA "Tanrının əli"ni yayımladı Qalaktikadan əsrarəngiz FOTOLAR


Digərləri 16 Apr 2018 21:10:00 334 0

NASA "Tanrının əli"ni yayımladı  Qalaktikadan əsrarəngiz FOTOLAR

Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 12 aprel Dünya Kosmos Günü münasibətilə qalaktikadan möhtəşəm fotolar yayımlayıb.

Son.az xəbər verir ki, fotolar NASA-nın "Hubble" və "Spitzer" teleskopları vasitəsilə çəkilib.

Yer kürəsindən 23 milyon işıq ili uzaqlıqda olan və dəyərli bir yumurtasını qorumağa çalışan pinqvinə bənzəyən qalaktikanın görüntüsü.

Günəşdən 100 milyon dəfə böyük qara dəlik və onun içində göz bəbəyinə bənzəyən "makyajlı" qalaktika.

Göy üzündə qum saatına bənzəyən "Kəpənək" və ya "Böcək" buludu. Kosmosun ən mürəkkəb və qarışıq qalaktikası olaraq tanınır. Bu qalaktika Əqrəb bürcünün ulduzları içində yer alır və Yer kürəsindən, təxminən, 3.400 işıq ili uzaqda yerləşir.


Xəbərə aid fotolar