Azərbaycan manatı dollar və avro qarşısında ucuzlaşa bilər?


Digərləri 16 Apr 2018 21:01:00 358 0

Azərbaycan manatı dollar və avro qarşısında ucuzlaşa bilər?

Azərbaycan manatının yaxın zamanlarda digər valyutalar, xüsusən dollar və avro qarşısında məzənnəsinin aşağı düşməsi ehtimalı, ümumiyyətlə, yoxdur. Ona görə də vətəndaşlarımız bununla bağlı əsla narahatlıq keçirməməlidirlər.

Bu barədə Son.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.

Manat ucuzlaşmayacaq - SƏBƏBLƏR İqtisadçı millət vəkili əminliklə söylədiyi bu fikirlərini belə əsaslandırıb:

"Əvvəla, ona görə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə stabil, dinamik, dayanıqlı və artıq özünü təsdiqləmiş iqtisadi siyasət həyata keçirilir. Birinci devalvasiyadan sonra bank sektorunda, monetar və maliyyə siyasəti sahəsində çox önəmli addımlar atılıb.

Digər tərəfdən, devalvasiya ona görə baş verdi ki, ilk növbədə, neftin qiyməti dünya bazarında birdən-birə və kəskin şəkildə aşağı düşdü. İndi isə görürük ki, neftin qiyməti qalxır.

Bundan başqa, o dövrdə, yəni 2015-ci ildə bizim valyuta ehtiyatlarımız azalırdı. İndi isə valyuta ehtiyatlarımız artıb. Ticarət dövriyyəsi müsbət saldo ilə müşayiət olunur.