CinemaPlusda “Dəhşətli gecə” baş tutdu


Digərləri 16 Apr 2018 20:40:00 271 0

CinemaPlusda “Dəhşətli gecə” baş tutdu

"CinemaPlus Azerbaijan" premium kinoteatrında cümə günü aprelin 13-dən 14-nə keçən gecə "Dəhşət filmlər gecəsi" keçirilib.  22:30-dan səhər 7:00-dək qonaqlara "Ruhlar ölkəsi", "Sakit yer" və "Vinçester. Ruhların tikdiyi ev" filmləri nümayiş olunub. Ən maraqlısı isə - həmin gecə, qəlyanaltılar, içkilər və musiqi səhərə kimi tamaşaçıları müşahidə edib! Tamamilə pulsuz. 

Seans fasilələrində hamını maraqlı müsabiqələr və hədiyyəli uduşlar gözləyirdi.

Nümayiş olunan "Ruhlar ölkəsi" və "Vinçester. Ruhların tikdiyi ev" filmləri "Cinemazadeh" studiyasında peşəkar azərbaycan dilində dublyaj olunub.

Tədbirin təşkilində dəstək olmuşdurlar: Cinemazadeh dublyaj studiyası, Cinema Distribution.