Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı keçirilib


Digərləri 16 Apr 2018 20:16:18 351 0

Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı keçirilib

Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib. Qeyd edək ki, tədbirin informasiya dəstəyi “Mədəniyyət” kanalıdır. Konsertin aparıcısı tanınmış jurnalist Rahib Azəri Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu vurğulayıb. Qeyd edib ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur. Nizami Əliyev Xalq artisti, “Şöhrət” ordenli, görkəmli pianoçu Çingiz Sadıqovun tələbəsidir. Gecədə Nizami Əliyevin öz kompozisiyaları ilə yanaşı, "Küçələrə su səpmişəm", "Xəzərin sahilində", "Vaqif xaritəsi", "Bağ mövsümü", "Qubanın ağ alması", "Sarı gəlin", "Alağöz", "Bakı gecələri" kimi xalq və bəstəkar mahılarını da ifa edib. Konsert musiqisevərlər tərəfindən dəfələrlə alqışlarla müşayiət olunub.