Köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb


Digərləri 16 Apr 2018 20:02:34 366 0

Köçkün şəhərciyində 13 yaşlı uşağı maşın vuraraq öldürüb

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl köçkün şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

Son.az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.