Bilik Fondu Rəşad Məcidin Trabzonda mühazirəsini təşkil edib (FOTO)


Digərləri 16 Apr 2018 19:32:00 242 0

Bilik Fondu Rəşad Məcidin Trabzonda mühazirəsini təşkil edib (FOTO)

Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Ədəbiyyat Festivalı (UTEF) keçirilib.

Bakı. Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Ədəbiyyat Festivalı (UTEF) keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, festivalda Azərbaycanı təmsil edən "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid fondun təşkilatçılığı ilə iki mövzuda mühazirə söyləyib. R.Məcid Qəzetçilər Cəmiyyətinin konfrans zalında “Cəmiyyətin məlumatlandırılmasında medianın rolu” adlı tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə ilə çıxış edərək, Azərbaycan mətbuatının yaranması, ilk qəzetimiz “Əkinçi”, “Molla Nəsrəddin”, “Füyuzat” jurnalları, “Həyat” qəzeti, sovet dövründəki mətbuat orqanları və onların ədəbi dilimizn qorunmasındakı rolundan, müstəqillik dönəmi mətbuatından söz açıb. Baş redaktor bu dövrdə yaradılan Mətbuat Şurasının fəaliyyəti, “525-ci qəzet”, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Ümummilli lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində mətbuata qayğısından, 1998-ci ilin 6 avqustunda Azərbaycanda Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin, senzuranın ləğv olunmasından danışıb.