Yerevanda aksiyada xəsarət alanların sayı 46 nəfərə çatıb - YENİLƏNİB


Dünya 16 Apr 2018 19:01:00 326 0

Yerevanda aksiyada xəsarət alanların sayı 46 nəfərə çatıb - YENİLƏNİB

Onlardan 6 nəfəri polis əməkdaşıdır

Ermənistanın paytaxtıYerevan şəhərində keçirilənaksiyada polislə qarşıdurma nəticəsindəxəsarət alanların sayı 46 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədəErmənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

"Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb", - Nazirliyin məlumatında deyilir.

*** 18:20

Ermənistan paytaxtı Yerevanda Serj Sarqsyanın baş nazir təyinatına qarşı çıxan etirazçılarla polis arasındabaş vermiş qarşıdurma nəticəsində 33 nəfər xəsarət alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yaralılarxəstəxanaya yerləşdiriliblər.

Yerli KİV-in məlumatına görə, 1 nömrəli şəhər klinik xəstəxanasına 7, Erebuni Tibb Mərkəzinə 8, Müqəddəs Qriqori adına Tibb Mərkəzinə isə 18 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərinüçü polisdir.