Azay Quliyev: “ATƏT/DTİHB hesabatda yol verdiyi nöqsanları aradan qaldırmalıdır”


Siyasət 16 Apr 2018 18:57:37 109 0

Azay Quliyev: “ATƏT/DTİHB hesabatda yol verdiyi nöqsanları aradan qaldırmalıdır”

Milli Məclisin deputatı, ATƏTPA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏTDTİHB) müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.

Bu xəbəri də oxu: Azərbaycan parlamentinin 100 ili:

Son.az bildirir ki, APA-nın məlumatına görə, Azərbaycanda prezident seçkiləri uğurla təşkil edildiyini bildirən A. Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, 8 namizədin hər birinə demokratik və bərabər şərait yaradılıb, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə seçkinin qalibi olub.

Vitse-prezident qeyd edib ki, ATƏT DTİHB və Azərbaycan arasında münasibətlərdə ötən illərdə mövcud olan bir sıra ciddi fikir ayrılığı və gərginliklərə baxmayaraq, Azərbaycan hökuməti DTİHB-ni prezident seçkilərini müşahidə etməyə dəvət edib, missiyanın fəaliyyəti üçün bütün imkanları yaradıb. Hətta uzunmüddətli müşahidə missiyasının formalaşması mərhələsində DTİHB-ni xahiş etdiyi və ehtiyac duyduğu müvafiq dəstəyi də verib. A. Quliyev ATƏT PA-nın prezidenti G. Sereteli və baş katib R. Montellaya DTİHB ilə Azərbaycan arasında konstruktiv və davamlı əməkdaşlığı bərqərar etmək, ümumi dəyərlər və prinsiplər naminə tərəflərə yeni imkanlar tapmaqda yardım göstərdiyi üçün təşəkkür edib: "Lakin təəssüf ki, Beynəlxalq Müşahidə Missiyası adından aprelin 12-də dərc edilmiş qeyri-obyektiv, balanssız və ədalətsiz hesabat və mətbuata açıqlama bütün bu səylərə mənfi təsir göstərdi və demək olar ki, onları heçə endirdi".

A. Quliyev deyib ki, beynəlxalq fəaliyyətinin 13 ilini ATƏT PA-ya həsr edən bir şəxs və bu qurumun vitse-prezidenti kimi bütün bu problemlər və uğursuzluqlar barədə danışmaq ona çox çətindir: "Mən bir neçə beynəlxalq müşahidə missiyasına rəhbərlik etmiş bir şəxs kimi DTİHB-nin rolunu və vəzifəsini çox yaxşı anlayıram. Ona görə də aparılan müşahidələr və təhlillər əsasında əsaslandırılmış və obyektiv tənqidlərə və tövsiyələrə qarşı heç bir şəkildə etiraz etmirəm. Lakin tənqid və qiymətləndirmə, real faktlar və sübutlar əsasında, ədalətli və balanslı şəkildə hazırlandığı zaman doğru qəbul edilir və ciddiyə alınır. Təəssüf ki, Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ilkin nəticələrini və mətbuata açıqlamasını oxuduqdan sonra onların hər ikisi məndə ədalətsiz, balanssız və tam obyektiv olmayan sənəd təsəvvürü yaratdı. İlkin hesabat seçki kampaniyasının və seçki gününün real vəziyyətini əks etdirmək üçün həm müsbət, həm də mənfi tərəfləri lazımi səviyyədə təqdim edə bilmədi, eyni zamanda əksini tapmış bəzi əsas tənqidi məqamlar isə həqiqətdən uzaq oldu. Bunların hamısı məni Milli Məclisin üzvü və Assambleyanın vitse-prezidenti kimi çox narahat edir".
Tümendən Bakıya birbaşa reyslər açılacaq like
  • 16 Apr 18:54  
Digərləri Tümendən Bakıya birbaşa reyslər açılacaq

Tümendən Bakıya birbaşa reyslər açılacaq.

arrow Ətraflı
Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib like
  • 16 Apr 18:47  
İdman Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvə

arrow Ətraflı
Bu il 56 rayon və şəhərdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur like
  • 16 Apr 18:42  
Digərləri Bu il 56 rayon və şəhərdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur

“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin t

arrow Ətraflı
Ermənistandakı aksiyalarla bağlı cinayət işi açılıb like
  • 16 Apr 18:38  
Dünya Ermənistandakı aksiyalarla bağlı cinayət işi açılıb

Baş Prokurorluq: "Aksiya iştirakçıları ictimai və xüsusi mülkiyyətə zi

arrow Ətraflı
Azərbaycanlı teleaparıcının toyundan ilk FOTOLAR like
  • 16 Apr 18:34  
Şou-biznes Azərbaycanlı teleaparıcının toyundan ilk FOTOLAR

Bu gün tanınmış teleaparıcı Murad Əzimzadənin toyudur. Murad Əzimzadə

arrow Ətraflı
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib like
  • 16 Apr 18:33  
Kriminal Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 n

arrow Ətraflı
Millimizin daha bir rəqibi müəyyənləşib like
  • 16 Apr 18:23  
İdman Millimizin daha bir rəqibi müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandası daha bir yoldaşlıq

arrow Ətraflı
Sınaq imtahanlarının sual kitabçaları və test tapşırıqları hazırlandı like
  • 16 Apr 18:22  
Digərləri Sınaq imtahanlarının sual kitabçaları və test tapşırıqları hazırlandı

İmtahanda iştirak edənlər, həmçinin digər abituriyentlər, valideynlər,

arrow Ətraflı
Yerevanda 33 aksiya iştirakçısı xəsarət alıb like
  • 16 Apr 18:20  
Dünya Yerevanda 33 aksiya iştirakçısı xəsarət alıb

Xəstəxanaya yerləşdirilənlərin üçü polisdir

arrow Ətraflı
Şahzadə Harri aktirsa ilə toy tortunu paylayacaq - KİMLƏRƏ? like
  • 16 Apr 18:18  
Digərləri Şahzadə Harri aktirsa ilə toy tortunu paylayacaq - KİMLƏRƏ?

Britaniya şahzadəsi Harri və nişanlısı aktrisa Meqan Markl toy tortların

arrow Ətraflı
Çin Xalq Respublikasının sədri Prezident İlham Əliyevi təbrik edib like
  • 16 Apr 18:17  
Siyasət Çin Xalq Respublikasının sədri Prezident İlham Əliyevi təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliy

arrow Ətraflı
Ucuz dükanda sərvət tapdı  FOTO like
  • 16 Apr 18:15  
Digərləri Ucuz dükanda sərvət tapdı FOTO

İngiltərənin Somerset qraflığında yaşayan 35 yaşlı hərracçı Qaret Us

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib like
  • 16 Apr 18:11  
Kriminal Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib

Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliye

arrow Ətraflı