Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib


Kriminal 16 Apr 2018 18:11:00 383 0

Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib

Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi "Mədəniyyət" kanalıdır.

Konsertin aparıcısı tanınmış jurnaist Rahib Azəri  Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu  vurğuladı. Qeyd etdi ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur.

Nizami Əliyev Xalq artisti, "Şöhrət" ordenli, görkəmli pianoçu Çingiz Sadıqovun tələbəsidir.

Gecədə Nizami Əliyevin öz kompozisiyaları ilə yanaşı,  "Küçələrə su səpmişəm", "Xəzərin sahilində", "Vaqif xaritəsi", "Bağ mövsümü", "Qubanın ağ alması", "Sarı gəlin", "Alağöz", "Bakı gecələri" kimi xalq və bəstəkar mahılarını da  ifa edib.

Konsert musiqisevərlər tərəfindən dəfələrlə alqışlarla müşayiət olundu.


Xəbərə aid fotolar