Rusiya XİNdən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq


Dünya 16 Apr 2018 18:05:00 248 0

Rusiya XİNdən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.

Hazırda Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında qarşıdurma davam edir. Son məlumatlara görə, iğtişaşlar nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Bundan başqa, etirazçılar arasında da xəsarət alanların olduğu deyilir.