Şirniyyat mağazaları şəbəkəsində vergi cinayəti


Digərləri 16 Apr 2018 17:52:00 252 0

Şirniyyat mağazaları şəbəkəsində vergi cinayəti

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.