Roma-nın müdafiəçisi sıradan çıxdı


İdman 16 Apr 2018 18:00:00 257 0

Roma-nın müdafiəçisi sıradan çıxdı

Roma-nın müdafiəçisi Kostas Manolas sıradan çıxıb.

Goal.az xəbər verir ki, İtaliya A Seriyasının Lazio ilə oyununda (0:0) xəsarət alan 26 yaşlı futbolçu derbinin 74-cü dəqiqəsində əvəzlənmişdi. Yunan futbolçunun zədəsi ciddidi. Bu barədə məlumatı “canavarlar”ın mətbuat xidməti yayıb.

Manolas növbəti tur baş tutacaq Genoa-ya qarşı matçı buraxmalı olacaq. Futbolçunun hansı müddətə sıradan çıxdığı isə tibbi yoxlanışdan sonra müəyyənləşəcək.