Yerevanda iğtişaşlar davam edir: 3 polis yaralanıb


Digərləri 16 Apr 2018 17:43:00 263 0

Yerevanda iğtişaşlar davam edir: 3 polis yaralanıb

Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma davam edir.

Bakı. Yerevanda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma davam edir. Trend-in məlumatına görə, iğtişaş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Bundan əvvəl deputat Nikol Paşinyan tərəfdarları ilə birgə Ermənistan parlamentinin binasına soxulmağa çalışmış, lakin polis bu cəhdin qarşısını almışdı.