Hökumət Evində yerləşən dövlət qurumları bir neçə gün işləməyəcək


Digərləri 16 Apr 2018 17:18:02 345 0

Hökumət Evində yerləşən dövlət qurumları bir neçə gün işləməyəcək

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir neçə gün işləməyəcək.

Son.az goal.az-a istinadən xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına aprelin 25-dən işə gəlməməklə bağlı tapşırıq verilib. Hökumət Evində yerləşən qurumların əməkdaşları üçün son iş günü aprelin 24-ü olacaq. Aprelin 30-dan Hökumət Evində iş bərpa ediləcək.