A-Qroup sığorta haqları yığımında yenidən artım nümayiş etdirib


Digərləri 16 Apr 2018 17:06:03 243 0

A-Qroup sığorta haqları yığımında yenidən artım nümayiş etdirib

A-Qroup 2018-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.

Bakı. 22 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2018-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, bu ilin üç ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 1 832 967.44 AZN təşkil edərək keçən ilki hesabat dövrü ilə müqayisədə 211 000 AZN çox olub və bu da müqayisədə 13% artım deməkdir. Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 1 627 746.58 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olub. Kasko üzrə sığorta haqları iki dəfə artıb, səyahət sığortası üzrə isə 65% artıb.