ABŞın Avropa komandanlığı: "Suriyaya atılan bircə raket belə vurulmayıb"


Dünya 16 Apr 2018 16:44:00 302 -1

ABŞın Avropa komandanlığı: "Suriyaya atılan bircə raket belə vurulmayıb"

Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir. "Bu missiyada iştirak etmiş heç bir raket SuriyaHHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur", - deyə açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb. Qırmızı dənizdən - "Monterey" (ABŞ) kreyserindən 30 "Tomahawk" raketi, "Laboon" (ABŞ) eskadra mina gəmisindən 7 eyni tip raket; Fars Körfəzindən - "Higgins" (ABŞ) eskadra mina gəmisindən 23 raket; Aralıq dənizindən - "John Warner" (ABŞ) sualtı qayığından 6 raket, "Languedoc" Fransa freqatından 3 raket buraxılıb. 

Havadan 2 ədəd "B-1B Lancer" ABŞ strateji bombardmançısı tərəfindən 19 raket, Britaniyanın "Tornado" və "Typhoon" hücum təyyarələrindən 8 raket, Fransanın "Rafales" və "Mirages" hücum təyyarələrindən 9 raket buraxılıb.