DİM X sinif şagirdləri üçün yeni təhsil proqramı üzrə sınaq imtahanı keçirəcək


Digərləri 16 Apr 2018 16:48:00 430 0

DİM X sinif şagirdləri üçün yeni təhsil proqramı üzrə sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ilin qəbul imtahanı fənlərindən 10-cu sinif şagirdləri üçün yeni təhsil proqramı (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən Son.az-a verilən məlumata görə, 2018-ci il mayın 6-da yeni təhsil proqramı (kurikulum) əsasında 10-cu sinif şagirdləri üçün 5-10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.

I blok

II blok

III blok

IV blok

Riyaziyyat

Riyaziyyat

Azərbaycan (rus) dili

Biologiya

Fizika

Coğrafiya

Tarix

Kimya