AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib (FOTO)


Digərləri 16 Apr 2018 16:54:00 223 0

AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib (FOTO)

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib.

Bakı. Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışıb. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənib. Görüşdə həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.