Bakıda tanınmış professorun evinə basqın edən şəxs ifadə verib


Sosial 16 Apr 2018 16:55:33 62 0

Bakıda tanınmış professorun evinə basqın edən şəxs ifadə verib

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Musayev ifadə verib.

O söyləyib ki, hadisədən öncə quldurluq niyyətindən xəbəri olmayıb, telefonları isə özündə saxlamayıb: "Sadəcə avtovağzalda bunlar telefonlarını dükana verəndə orda olmuşam. Sonra da çıxıb öz işimin dalıyca getdim. Onların quldurluğa getdiyindən xəbərsizəm. Rayonda olanda polis məni bölməyə çağırdı, orda cinayət olduğunu dedilər. Bir neçə gün əvvəl də əmimoğlu Natiq mənə saat hədiyyə etmişdi. Müstəntiq həmin saatı mənə göstərib "bunun qiyməti 50 min avrodur, buna görə adamın əlini kəsərlər" söylədi. Mən orada saatın oğurluq olduğunu bildim. Natiq bu hadisədən əvvəl də mənə alışqan hədiyyə etmişdi".

Daha sonra məhkəmədə zərərçəkmiş İlhamə Yusifovanın iclasda iştirak etmədiyi elan edilib.

Onun vəkili bildirib ki, müvəkkilinin səhhətində problem var və müalicə üçün Moskvaya gedib.

Hakim qeyd edib ki, İ.Yusifovanın ölkədən çıxıb-çıxmamasına dair Dövlət Sərhəd Xidmətinə sorğu göndəriləcək.

Məhkəmə prosesə gəlməyən digər şahidlər barəsində isə məcburi gətirilmə barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

İttiham aktına əsasən, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. O, 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər.

Bu görüşdə B.Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

A.Əmirov hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə uyudublar. Həmin şəxslər maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açaraq içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar, ümumilikdə, evdən 35 min manatlıq əmlak aparıblar.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsində baş verib.

AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib (FOTO) like
  • 16 Apr 16:54  
Digərləri AZAL AzTA ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib (FOTO)

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (

arrow Ətraflı
Zaqatalada 200ə qədər həyət su altında qaldı, like
  • 16 Apr 16:53  
Digərləri Zaqatalada 200ə qədər həyət su altında qaldı,

Güclü yağış Zaqatala rayonunda ev və həyətyanı sahələrə ziyan vurub.

arrow Ətraflı
Türkiyədə bir sıra dövlət qurumları ləğv oluna bilər like
  • 16 Apr 16:53  
Digərləri Türkiyədə bir sıra dövlət qurumları ləğv oluna bilər

Türkiyədə prezident idarəçiliyi formasına keçid çərçivəsində bir sı

arrow Ətraflı
"Fulham"in futbolçusu mövsümün ən yaxşısı seçilib like
  • 16 Apr 16:50  
İdman "Fulham"in futbolçusu mövsümün ən yaxşısı seçilib

İngiltərə Futbol Liqası 2017/18 mövsümündə Championship divi

arrow Ətraflı
DİM X sinif şagirdləri üçün yeni təhsil proqramı üzrə sınaq imtahanı keçirəcək like
  • 16 Apr 16:48  
Digərləri DİM X sinif şagirdləri üçün yeni təhsil proqramı üzrə sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ilin qəbul imtahanı fənlərindən

arrow Ətraflı
Yerevandakı etiraz aksiyasının lideri yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb like
  • 16 Apr 16:45  
Dünya Yerevandakı etiraz aksiyasının lideri yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb

Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşl

arrow Ətraflı
ABŞın Avropa komandanlığı: "Suriyaya atılan bircə raket belə vurulmayıb" like
  • 16 Apr 16:44  
Dünya ABŞın Avropa komandanlığı: "Suriyaya atılan bircə raket belə vurulmayıb"

Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya

arrow Ətraflı
Bakıda qadını avtomobillə vurub öldürən polisin məhkəməsi başladı like
  • 16 Apr 16:39  
Kriminal Bakıda qadını avtomobillə vurub öldürən polisin məhkəməsi başladı

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək like
  • 16 Apr 16:38  
Digərləri Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəy

arrow Ətraflı
Yerevanda gərginlik: like
  • 16 Apr 16:37  
Dünya Yerevanda gərginlik:

Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzif

arrow Ətraflı
Makron koalisiyanın Suriyanı tərk edəcəyi vaxtı açıqlandı like
  • 16 Apr 16:35  
Dünya Makron koalisiyanın Suriyanı tərk edəcəyi vaxtı açıqlandı

Beynəlxalq koalisiyanı Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qrupla

arrow Ətraflı