Yerevandakı etiraz aksiyasının lideri yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb


Dünya 16 Apr 2018 16:45:43 273 0

Yerevandakı etiraz aksiyasının lideri yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb

Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmalar davam edir

Ermənistanın Vətəndaş Sazişi Partiyasının lideri, "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan paytaxt Yerevanda davam edən etiraz aksiyası zamanı xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

"Report" "Tert.am" portalına istinadən xəbər verir ki, N.Paşinyan xəstəxanaya əlləri və üzündən xəsarət almaqla çatdırılıb.

Qeyd edək ki, hazırda Yerevanda Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmalar davam edir.

Polisin səs bombasından istifadə etməsi nəticəsində etiraz aksiyasında iştirak edənlərdən bəziləri yaralanıb. Ambulanslar yaralılara yetişə bilib və hazırda onlara ilkin yardım göstərilir.