"Fulham"in futbolçusu mövsümün ən yaxşısı seçilib


İdman 16 Apr 2018 16:50:00 298 0

"Fulham"in futbolçusu mövsümün ən yaxşısı seçilib

İngiltərə Futbol Liqası 2017/18 mövsümündə Championship divizonunun ən yaxşılarını mükafatlandırıb. Goal.az xəbər verir ki, mövsümün ən yaxşısı "Fulham"in 17 yaşlı müdafiəçisi Rayan Sessenyon seçilib. O, çıxdığı 43 oyunda 14 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Sessenyon "Ən yaxşı gənc futbolçu" və "mövsümün tapıntısı" nominasiyasında da mükafatlandırılıb. Futbol Liqası mövsümün rəmzi komandasını da açıqlayıb:

Con Rudi, Rayan Sessenyon, Çarli Malqru, Konor Koedi, Natan Brayn, Bredli Dek, Ruben Nevez, Ceyms Meddison, Billi Ki, Bobbi Rid, Adebayo Akinfenva