Azərbaycan XİN: Ermənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edir


Digərləri 16 Apr 2018 16:42:00 51 0

Azərbaycan XİN: Ermənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edir

Ermənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edir.

Bakı. Ermənistan rəhbərliyi ölkəsinin özünütəcrid vəziyyətində olduğunu etiraf edir. Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiyanın "İzvestiya" qəzetinə verdiyi müsahibəni şərh edərkən bildirib. H.Hacıyev qeyd edib ki, hakimiyyətdə olduğu müddətdə dövlətin inkişafı və xalqın rifahının yaxşılaşması ilə bağlı heç bir nəticəsi olmayan Ermənistan rəhbərliyi, görünür, qarşıdan gələn hakimiyyət dəyişikliyi ərəfəsində müsahibələr və propaqanda vasitəsilə bunu kompensasiya etməyə çalışır: "Son 10 il ərzində Ermənistanın xarici borcu sürətlə artaraq 7 milyard ABŞ dolları həcminə yaxınlaşır. Bu rəqəm də milli qanunvericilikdə xarici borcun ümumdaxili məhsula nisbətində qoyulmuş həddi aşıb. İşsizlik yüksək həddə olaraq 18.9%, yoxsulluq isə 32% təşkil edir. Reallıqda isə bu rəqəmlər daha yüksəkdir. Ölkə demoqrafik böhran şəraitindədir. Bu real sosial-iqtisadi mənzərinin fonunda hansısa iqtisadi inkişafdan danışmaq yalnız xülyadır". XİN rəsmisi bildirib ki, müsahibədə Ermənistan rəhbərliyi ölkəsinin özünü təcrid vəziyyətində olmasını və nəqliyyat çıxışının olmasını etiraf edir: "Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə və digər qonşu dövlətlərə qarşı ərazi iddialarına görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir. Ermənistan BMT Nizamnaməsi əsasında üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal edib və işğal olunmuş ərazilərdə yaşayan köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədib". H.Hacıyev vurğulayıb ki, işğala məruz qaldığı halda, işğalçı dövlətlə danışıqlar aparmaq Azərbaycan tərəfindən nümayiş etdirilən ən böyük güzəştdir: "Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir". O əlavə edib ki, Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır: "Əks təqdirdə, Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır, iqtisadi və sosial qanunauyğunluqdur. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk edərsə, bir o qədər tez Ermənistan əhalisi üçün yaxşı olar". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bakıda qadını avtomobillə vurub öldürən polisin məhkəməsi başladı like
  • 16 Apr 16:39  
Kriminal Bakıda qadını avtomobillə vurub öldürən polisin məhkəməsi başladı

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək like
  • 16 Apr 16:38  
Digərləri Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəy

arrow Ətraflı
Yerevanda gərginlik: like
  • 16 Apr 16:37  
Dünya Yerevanda gərginlik:

Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzif

arrow Ətraflı
Makron koalisiyanın Suriyanı tərk edəcəyi vaxtı açıqlandı like
  • 16 Apr 16:35  
Dünya Makron koalisiyanın Suriyanı tərk edəcəyi vaxtı açıqlandı

Beynəlxalq koalisiyanı Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qrupla

arrow Ətraflı
Bayılda evləri dağılmış sakinlərə veriləcək yardımın miqdarı açıqlandı like
  • 16 Apr 16:33  
Digərləri Bayılda evləri dağılmış sakinlərə veriləcək yardımın miqdarı açıqlandı

Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan

arrow Ətraflı
Ronaldonun formada qalmasının səbəbi bu imiş like
  • 16 Apr 16:32  
İdman Ronaldonun formada qalmasının səbəbi bu imiş

Yaşlanmasına baxmayaraq daim formada qalan Real Madrid-in futbol&ccedi

arrow Ətraflı
380 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb like
  • 16 Apr 16:25  
Digərləri 380 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin ilk 3 ayı ərzində 380 kiloqramdan artıq narkotik vasitə qanunsuz d

arrow Ətraflı
Belçika Suriya məsələsinə qarışdı: like
  • 16 Apr 16:25  
Dünya Belçika Suriya məsələsinə qarışdı:

Suriyadakı vəziyyətin hərbi yolla həlli yoxdur.

arrow Ətraflı
"İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib like
  • 16 Apr 16:22  
Siyasət "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib

Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol ve

arrow Ətraflı
“Peşə təhsili haqqında” qanun layhəsi plenar iclasa tövsiyə edilib like
  • 16 Apr 16:20  
Digərləri “Peşə təhsili haqqında” qanun layhəsi plenar iclasa tövsiyə edilib

Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layihəsini III

arrow Ətraflı
Sarkisyanın baş nazir postuna namizədliyi təsdiqləndi like
  • 16 Apr 16:18  
Dünya Sarkisyanın baş nazir postuna namizədliyi təsdiqləndi

Ermənistanın hakim Respublika Partiyası və "Daşnaksutyun" partiya

arrow Ətraflı
Premyer Liqada 24-cü turun oyun cədvəli müəyyənləşib like
  • 16 Apr 16:17  
Digərləri Premyer Liqada 24-cü turun oyun cədvəli müəyyənləşib

Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib.

arrow Ətraflı
Britaniya hökuməti Abramoviçə qarşı sanksiya tətbiq edə bilər like
  • 16 Apr 16:16  
Dünya Britaniya hökuməti Abramoviçə qarşı sanksiya tətbiq edə bilər

"Çelsi"nin sahibi Roman Abramoviç Böyük Britaniya hökumətinin sa

arrow Ətraflı