Makron koalisiyanın Suriyanı tərk edəcəyi vaxtı açıqlandı


Dünya 16 Apr 2018 16:35:00 270 0

Makron koalisiyanın Suriyanı tərk edəcəyi vaxtı açıqlandı

Beynəlxalq koalisiyanı Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə bitən kimi başa çatacaq. Bundan başqa, Suriyada sülhün bərpasına görə məsuliyyət də var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

E.Makron qeyd edib: "Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib və bu, terror təşkilatına qarşı müharibə bitəndə yekunlaşacaq. Fransa da bu mövqedədir, ABŞ da".