Yerevanda gərginlik:


Dünya 16 Apr 2018 16:37:00 288 0

Yerevanda gərginlik:

Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar davam edir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Yerevanın mərkəzində aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma olub.

Qeyd olunur ki, polis parlament binasına doğru hərəkət etməyə çalışan etirazçıların qarşısını alarkən iğtişaş başlayıb.