Ceyhun Hacıbəylinin gəlini: "Həyat yoldaşım ailəsi ilə fəxr edirdi"


Digərləri 16 Apr 2018 15:38:25 187 0

Ceyhun Hacıbəylinin gəlini: "Həyat yoldaşım ailəsi ilə fəxr edirdi"

Paskal Hacıbəyli-Büşe: "Ceyhun Hacıbəyli Azərbaycan-Fransa əlaqələrinin qurulması üçün çox çalışmışdı"

"Ceyhun Hacıbəyli Xalq Cümhuriyyəti dövründəAzərbaycan-Fransa əlaqələrinin qurulması üçün çox çalışmışdı. Bu günonun həyata keçirmək istədiyi işlər artıq reallığa çevrilib və Azərbaycanla Fransa arasında bütün sahələrdə əməkdaşlıq inkişaf etməkdədir".

Bu fikirləri“Report”un Qərbi Avropa bürosuna açıqlamasında Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olanyazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəylinin (1921-1993) həyat yoldaşı Paskal Hacıbəyli-Büşe (Pascale Hadjibeyli-Buchet) bildirib.

Onun sözlərinə görə,Azərbaycan yenidən müstəqilliyini qazandıqdansonra Ceyhun Hacıbəylinin mühacirətə qədərki əsərləri ilə maraqlanıblar: "Ona aid yazıları toplamaq məsələsində Azərbaycan hökumətinəəlimizdən gələn köməkliyiəsirgəməmişik".

Paskal Hacıbəyli-Büşe deyib ki, bu gün Azərbaycan filmləri Parisin "Le Balzak" kimi böyük nüfuza malik kinoteatrında nümayiş etdirilir: "Azərbaycan filmlərini çox bəyənirəm. Lakin fransalı tamaşıçıların böyük marağına səbəb olan "Arşın mal alan" filmini musiqisinə görə daha yüksək qiymətləndirirəm. Həyat yoldaşım ailəsi ilə fəxr edirdi. O, Parisdə "Arşın mal alan" filminə fransalı tamaşaçıların göstərdikləri yüksək marağı görsəydi, bundan çox böyük qürur hissi duyardı".

Qeyd edək ki, C.Hacıbəyli 1891-ci ildəŞuşa şəhərində anadan olub,Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. O,1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin Versal (Paris) sülh konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin tərkibindəyer alıb.Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi heyətdə məsul katib vəzifəsini tutub. C.Hacıbəyli Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra Fransada mühacirətdə yaşamaq məcburiyyətində qalıb. Onuntəşəbbüsü və tərcüməsi ilə1925-ci ildə "Arşın mal alan" operettası səhnədə oynanılıb. C.Hacıbəyli 1962-ci ildə Fransada vəfat edib, məzarıParisin Sen-klu qəbiristanlığındadır.