Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarətlə bağlı banklara yoxlama aləti təqdim edib (FOTO)


Digərləri 16 Apr 2018 15:13:00 261 0

Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarətlə bağlı banklara yoxlama aləti təqdim edib (FOTO)

Azərbaycan Banklar Assosiasiyasının “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib.

Bakı. Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib. ABA-dan Trend-ə verilən məlumata görə, iclasda Dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” Qaydasına dair məsələlər müzakirə edilib.