İsa Həbibbəyli: "Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək"


Digərləri 16 Apr 2018 14:57:00 272 0

İsa Həbibbəyli: "Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək"

Milli Məclisin Elm və təhsil komitəsi "Peşə təhsili haqqında" qanun layhəsinin III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasında təqim etməyi nəzərdə tutur.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, layihənin II oxunuşu üçün müzakirələr zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.

Sənəd MM-in Elm və təhsil komitəsində müzakirə edildikdən sonra təkmilləşdirilərək plenar iclasa təqdim ediləcək.