45 yaşlı qapıçı dünya çempionatına aparılacaq


İdman 16 Apr 2018 14:48:00 239 0

45 yaşlı qapıçı dünya çempionatına aparılacaq

Futbol üzrə Misir milli komandasının qapıçısı Əhməd Əl-Şenavi Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək. Goal.az xəbər verir ki,  27 yaşlı oyunçu dizindəki zədə ilə bağlı mundialdan kənarda qalacaq. Əl-Şenavi müayinə və müalicə üçün Almaniyaya gedəcək. Onun əvəzinə 45 yaşlı əlcək sahibi Essam Əl-Hadari dünya çempionatında forma geyinəcək. Bu, baş versə, Əl-Hadari dünya çempionatları tarixində ən yaşlı futbolçu olacaq. Hazırda bu ünvan DÇ-2014-ə 42 yaşında ikən Kolumbiya yığmasının heyətində qatılmış Türkiyə "Qalatasaray"ının sabiq qapıçısı Fərid Mondraqona məxsusdur. Dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.