Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxıldı


Dünya 16 Apr 2018 14:41:00 278 0

Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxıldı

Ölkənin milli valyutası dəyərdən düşməkdə davam edir

Venesuelanın paytaxtı Karakasda dövriyyəyə karibe adlanan alternativ valyuta buraxılıb.

Son.az report-a istinadən xəbər verir ki, yerli hökuməti buna ölkənin milli valyutası - bolivarın kəskin dəyərdən düşməsi vadar edib. 

Belə ki, hazırda qara bazarda 1 ABŞ dolları üçün 250-300 min bolivara bərabərdir. 

Yeni valyutadan yaxın 1 ay ərzində bələdiyyənin nəzarəti altında təşkil olunacaq xüsusi bayram sərgilərində zəruri malların alınması üçün istifadə olunacaq. Paytaxt daxilində bolivarın 5, 10, 20, 50 və 100 karibeyə (1000:1 məzənnə ilə) dəyişdirilməsi də mümkün olacaq.