“Qələbə qazanacağımıza əmin idik...” - MÜSAHİBƏ


İdman 16 Apr 2018 14:10:00 168 0

“Qələbə qazanacağımıza əmin idik...” - MÜSAHİBƏ

- Oyunun gedişi “İtaldizain Futsal”ın qələbə qazanacağını göstərirdi. Ancaq yekunda rəqibin qələbəsi qeydə alındı.. 

Yüksək Liqanın hesabat turunda turnir cədvəlinin qonşu pillələrində yer alan “İtaldizain Futsal” – “Neftçi” oyunu gərginliyi ilə bərabər başqa məqamlarla da yadda qaldı. Oyundan sonra cari mövsümdə “Neftçi”yə ilk dəfə məğlub olan “İtaldizain Futsal”ın təcrübəli kapitanı Ramil Həsənzadə AFF-nin facebook səhifəsinə müsahibə verib. Goal.az müsahibəni təqdim edir. 


- Hadisələrin axarından özümüz də qələbə qazanacağımıza əmin idik. Birinci hissədə yaxşı oynadıq. Qol epizodlarımız çox oldu. Uşaqlar istifadə edə bilmədilər, digər tərəfdən “Neftçi”nin qapıçısı Elnur Zamanov inamlı oyunu ilə komandasını qollardan xilas etdi. İkinci hissədə fərqli oyun alındı. “Neftçi” oyununu gücləndirdi, biz isə əksinə, sanki dayandıq, rahatlaşdıq.

- Rahatlaşmağa əsas var idi?


- Əsas yox idi. Hesabı açdıqdan sonra dayandıq. Nihadın, Rəcəbin, Elvinin oyunu alınmadı. Bu qarşılaşmada Ağatahir, Elşən, Faiq daha yaxşı oynadı. Bir də futbolda hər dəfə dominantlıq edən tərəf qalib gəlmir. Topa nəzarət bizdə, qol epizodları baxımından fəallıq bizdə, amma qolları buraxan da biz olduq. 

- Sanki komandada motivasiya, istək də yox idi.


- Bu haqda paltardəyişmə otağında da danışdıq. Sanki uşaqların gözü “yanmırdı”, qələbə “qığılcımı” yox idi. Halbuki komandada istər maliyyə, istərsə də digər tərəfdən problem yoxdu. Maaşlarımızı vaxtında alırıq, məşqlərimizi edirik. Niyə belə alındı, bilmirəm. Bunun səbəbini tapmalı, üzərində işləməliyik. 

- Komandanızda yaşlı futzalçılar az deyil. Bəlkə onlar oynamaqdan yorulublar?


- Həftədə 1-2 oyun keçirməklə yorğunluq olmaz. Ümumi yorulmaqdan, doymaqdan danışırsınızsa, buna da inanmıram. Bir məqam məni narahat edir ki, meydanda uşaqlar bir-biri ilə yol getmirlər. Birinin sözü digərinin boğazından keçmir. Kimsə kiminsə səhvini deyəndə, qəbul etmək istəmir, qıcıqlanır. 

- Bu nizam-intizamla bağlı ola bilərmi?


- Bizdə klubun daxili nizam-intizam kodeksi var. Ona əməl etməyən oyunçu kimliyindən asılı olmayaraq, maddi cəhətdən cəzalandırılır. Burda yersiz sarı vərəqə almaqdan tutmuş, ciddi səhvlərə qədər hamısı öz əksini tapıb.

- Yeri gəlmişkən, oyunun gedişi zamanı fair-play qaydasını pozdunuz. Bunu edərkən, komanda yoldaşınız topu rəqibin zədəli futzalçı olduğuna görə çıxardığını unutmuşdu?


- Oyunu başlayan zaman “Neftçi”nin kapitanı Rüfət Balakişiyev Faiq Əliyevə dedi ki, top sizdədi, başlayın. Bu komanda yoldaşımı yanıltdı. Faiq də Elşənə ötürmə etdi, o da toxunmaqla qol vurdu. Ancaq biz bu səhvi dərhal aradan qaldırdı. Təbii ki, hər birimiz fair-play qaydalarına əməl etməliyik. Şərait yaratdıq, rəqib topu meydanın mərkəzindən oyuna daxil edib, qapımıza qol vurdu. “Neftçi” meydanda rəqibimiz olsa da, orda çoxsaylı dostlarımız çıxış edir. Dostluq, hörmət heç vaxt itmir.

- Qış fasiləsində heyəti gücləndirəcəyiniz gözlənilsə də, ciddi addım atılmadı. Səbəbini izah edə bilərsən?


- Asif Zeynalovu heyətə cəlb etdik. O, cəzalı olduğuna görə, oyunu buraxdı. Planımızda yeni oyunçular da dəvət etmək var idi. Hətta legionerləri də komandamızda görməyi düşünürdük. Sadəcə, fikirləşdik ki, bu transferləri yayda edək, komandanı növbəti mövsüm üçün gücləndirək.

- Deməli, yeni mövsümdə fərqli “İtaldizain Futsal” görəcəyik?


- Fikrimiz belədi. Tam fərqli “İtaldizain Futsal” görəcəksiniz.

- İddianız dəyişəcəkmi?


- Artıq tələblər də dəyişəcək. Rəhbərliyin futzalçılardan tələbi fərqli olacaq. İddiamız böyüyəcək.

- Transfer üçün göz altıladığınız futzalçılar varmı?


- Xidmətində maraqlı olduğumuz oyunçular var. Bəziləri ilə aramızda danışıq olub. Ancaq indidən ad çəkmək istəmirəm. Transferlər reallaşdırqdan sonra açıqlayacağıq.

Səbaildə qadın itkin düşüb like
  • 16 Apr 14:09  
Digərləri Səbaildə qadın itkin düşüb

Daxili İşlər Nazirliyi Səbail rayonunda itkin düşən qadınla bağlı məl

arrow Ətraflı
Amerikalı politoloq: "Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb" like
  • 16 Apr 14:07  
Siyasət Amerikalı politoloq: "Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb"

Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb.

arrow Ətraflı
Azərbaycan səfiri Qətər naziri ilə görüş keçirib like
  • 16 Apr 14:05  
Siyasət Azərbaycan səfiri Qətər naziri ilə görüş keçirib

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılo

arrow Ətraflı
Bəstəkar Miri Yusifi ələ saldı like
  • 16 Apr 14:00  
Şou-biznes Bəstəkar Miri Yusifi ələ saldı

Müğənni-bəstəkar Murad Arif Miri Yusifin “Günəşim” mahnısını tən

arrow Ətraflı
Qurbanov Mahir Mədətovu cəzalandırdı like
  • 16 Apr 13:58  
İdman Qurbanov Mahir Mədətovu cəzalandırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komanda

arrow Ətraflı
FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb like
  • 16 Apr 13:58  
Digərləri FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Minik avtomobilinin sürücüsünün meyiti deformasiyaya uğramış nəqliyyat

arrow Ətraflı
3 nəfər birləşib bir maşını qaçırtdılar like
  • 16 Apr 13:55  
Kriminal 3 nəfər birləşib bir maşını qaçırtdılar

DİN-dən Son.az-a verilən məlumata görə, "102 Zəng Mərkəzi" Xi

arrow Ətraflı
“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu like
  • 16 Apr 13:53  
Digərləri “Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu

“Nar” NETTY-2018 Azərbaycanın milli internet mükafatının keçirilməsin

arrow Ətraflı
Məşhur aktyor müflis oldu  FOTO like
  • 16 Apr 13:51  
Digərləri Məşhur aktyor müflis oldu FOTO

Bir zamanlar Hollivud ulduzu, dünyanın ən məşhur və varlı aktyorlarından

arrow Ətraflı
Misir parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb  FOTO like
  • 16 Apr 13:48  
Digərləri Misir parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb FOTO

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev Misir parla

arrow Ətraflı
Avtomobili yox, içindəkiləri oğurlayırmış like
  • 16 Apr 13:46  
Kriminal Avtomobili yox, içindəkiləri oğurlayırmış

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

arrow Ətraflı
Alpinistlərin axtarışı yenə çətinləşdi like
  • 16 Apr 13:44  
Digərləri Alpinistlərin axtarışı yenə çətinləşdi

Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş &

arrow Ətraflı
Günel: "Kirayədə yaşamaq bitdi" like
  • 16 Apr 13:42  
Şou-biznes Günel: "Kirayədə yaşamaq bitdi"

Günel Zeynalova İstanbulda ev alıb

arrow Ətraflı