Məşhur aktyor müflis oldu FOTO


Digərləri 16 Apr 2018 13:51:00 249 0

Məşhur aktyor müflis oldu  FOTO

Bir zamanlar Hollivud ulduzu, dünyanın ən məşhur və varlı aktyorlarından biri sayılan, "Nikolas Keyc" kimi tanınan Nikolas Kim Koppola müflis olmaq ərəfəsindədir.

Son.az TMZ-yə istinadən bildirir ki, 54 yaşlı aktyor 150 milyon dollarlıq sərvətini çox qəribə şəkildə xərcləyib. İndi 65 milyon dollarlıq borc içində orlan aktyor bu borcu ödəmək üçün istənilən işə, təklifə razılaşır.

O, ABŞ-ıen müxtəlif ştatlarında 14 ev alıb. Yeni Orleanda "içində ruhlar" olan bina bu evlərdən biridir. "LaLaurie" adlı bu ev üçün aktyor 3,45 milyon dollar ödəyib.

Daha sonra o, bir neçə raritet lüks avtomobil və afrikalı piqmeylərin qurudulmuş kəllələrini alıb.

Nikolas Keyc hesab edir ki, piqmeylərin gücü onların kəllələrinin sahibinə keçir.

O, "qara bazar"da dinozavr kəlləsi də almışdı. Lakin bu kəllənin oğurluq olduğu aşkarlanandan sonra Keyc onu qaytarmaq məcburiyyətində qalmışdı.


Xəbərə aid fotolar