“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu


Digərləri 16 Apr 2018 13:53:00 231 0

“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu

“Nar” NETTY-2018 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək olub.

Bakı. “Nar” NETTY-2018 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək olub. Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına hər zaman töhfə verməyə çalışan mobil operator ənənəvi olaraq NETTY mükafatının keçirilməsinə dəstək olmaqdadır. NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır. 15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi başlayacaq. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçəcəkdir. 22 mayda NETTY Akademiyası nominantlar sırasından mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən etmək üçün səsverməyə start verəcək. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan ediləcəklər. Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Azərbaycan", "Dövlət saytı", "Təhsil və elm", "Mədəniyyət və incəsənət", "Cəmiyyət", "İnformasiya və xəbərlər", "Servis-sayt", "Korporativ sayt", "Elektron ticarət sahəsində ən yaxşı layihə", "İdman", "Şəxsi sayt", "Virtual münsiflər heyətinin seçimi", "Facebook”-da ən yaxşı səhifə".