Avtomobili yox, içindəkiləri oğurlayırmış


Kriminal 16 Apr 2018 13:46:00 318 0

Avtomobili yox, içindəkiləri oğurlayırmış

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakının Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində "Toyota" markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər"lə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.