Gəncədə saxta yuyucu vasitələr satan şəxs saxlanıldı


Digərləri 16 Apr 2018 13:35:37 238 0

Gəncədə saxta yuyucu vasitələr satan şəxs saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub.

Bakı. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb. Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş “Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər.