Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək


Digərləri 16 Apr 2018 13:19:00 292 0

Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə hal rejiminin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində, eyni zamanda, etiraz aksiyası keçirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, aksiyalar aprelin 16-ı, yerli vaxtla saat 12:00-da başlayacaq.

Qeyd edək ki, bir müddət əvvəl baş nazirin müavini Bekir Bozdağ fövqəladə hal rejiminin müddətinin uzadılacağını bildirmişdi.

Mİlli.Az