Kraliça qayıtdı,


Digərləri 16 Apr 2018 12:51:00 315 0

Kraliça qayıtdı,

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls ABŞ-ın Kaliforniya şəhərindəki İndio şəhərində, "Empire Polo Club"da keçirilən "Coachella" musiqi festivalının ulduzuna çevrilib.

Son.az TMZ-yə istinadən bildirir ki, 36 yaşlı Beyonse səhnədə möhtəşəm perfomans nümayiş etdirib.

Onlarla rəqqas, rəqqasə və musiqiçi ilə səhnəyə çıxmış Beyonse ilk əvvəl bir zamanlar heyətində çıxış etdiyi "Destiny's Child" qrupunun solistləri Kelli Roulend və Mişel Uilyamsla hitləri ifa edib.

İlk ifada o, səhnəyə Misir çariçası obrazında çıxıb.

Sonra isə o, sarı hudidə, cins şortda və kovboy çəkmələrində idi.

Beyonse əri Cey Zi ilə birlikdə "Deja Vu" mahnısını duet oxuyub.

"Coachella" festivalının hedlaynerinə dönən Beyons 2 saatlıq konsert verib.

Bu, məşhur müğənninin qayıdışı da sayıla bilər.