“O qədər varlı kişilər mənimlə ailə qurmaq istəyir ki..."


Şou-biznes 16 Apr 2018 12:56:00 334 0

“O qədər varlı kişilər mənimlə ailə qurmaq istəyir ki..."

"Amma hamısı deyir, sazı at”

O qədər varlı kişilər mənimlə ailə qurmaq istəyir ki... Amma hamısı deyir, sazı at.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Telli Borçalı "O boşdannan" verilişində deyib. O bildirib ki, bir çox imkanlı kişilər ona elçi gəlib:

"Biri var imkanlı, biri də var lap varlı... Mənə lap varlının varlısı elçi düşür. O qədər olur ki, varlı kişilər mənimlə evlənmək istəyir. Amma sənətimi istəmir. Deyir ki, pulum da var, dövlətim də. Sənin sazla pul qazanmağın mənə lazım deyil. evlənmək istəyən, birinci sazı qəbul etməlidir. Əgər mən bunu qəbul etsəm, Telli Borçalı olmayacam, sadəcə Telli olacam". Aşıq daha sonra "Mənim hesabıma yaşayan kişini də qəbul etmərəm. Demirəm milyonçu olsun, amma işləsin" sözlərinə əlavə edib.