Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxılıb


İqtisadiyyat 16 Apr 2018 12:40:41 275 0

Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxılıb

Ölkənin milli valyutası dəyərdən düşməkdə davam edir

Venesuelanın paytaxtı Karakasda dövriyyəyəkaribe adlanan alternativ valyutası buraxılıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli hökuməti buna ölkənin milli valyutası -bolivarın kəskin dəyərdən düşməsi vadar edib.

Belə ki, hazırda qara bazarda 1 ABŞ dolları üçün 250-300 min bolivara bərabərdir.

Yeni valyutadan yaxın 1 ay ərzindəbələdiyyənin nəzarəti altında təşkil olunacaqxüsusi bayram sərgilərində zəruri malların alınması üçün istifadə olunacaq. Paytaxt daxilində bolivarın 5, 10, 20, 50 və 100 karibeyə (1000:1 məzənnə ilə) dəyişdirilməsi də mümkün olacaq.

Venesuela hakimiyyəti bu il iyunun 4-də bolivar üzərindədenominasiya (sondakı üç sıfırın silinməsi) həyata keçirməyiplanlaşdırır. Hələ ki, yerli hakimiyyət orqanları vəziyyətdən özlərinin regional, hətta bələdiyyəvalyutalarınıyaratmaqla çıxırlar. Artıq ölkədə elorsa və panal kimi yerli valyutalardaxili kommunal ödənişlər və qida məhsularının topdan alınmasında istifadə olunur.

Xatırladaq ki,Venesuela bir qədər əvvəlözünün kriptovalyutasını- petronu dövriyyəyəburaxıb. Bu pulun təminatçısı kimi ölkənin nefti çıxış edir.