Azərbaycanda daha bir avtobus qəzası


Digərləri 16 Apr 2018 12:43:00 158 0

Azərbaycanda daha bir avtobus qəzası

Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində baş verib.

Belə ki, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "Hundai" markalı avtobus "Mercedes" markalı avtomobillə toqquşub. Qəzada xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, hadisə sürücülərin işıqforun qaydalarına riayət etməməsi səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.