7 yaşlı alpinist Afrikanın ən hündür dağını fəth edib FOTO


Digərləri 16 Apr 2018 12:47:00 240 0

7 yaşlı alpinist Afrikanın ən hündür dağını fəth edib  FOTO

Oğlanı dağa qalxan zaman anası, eləcə də məşqçi və daha bir alpinist müşayiət edib

Hayderabad şəhərindən olan yeddi yaşlı alpinist Samanyu Pothuracu Afrikanın ən hündür dağı olan Kilimancaronu fəth edib.

Son.az report-a istinadən xəbər verir ki, oğlan dağın ən yüksək zirvəsi olan və dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Uhuro nöqtəsini fəth edib.

Dağa dırmanma bu il martın 29-da başlayıb və aprelin 2-də sona çatıb, bundan sonra S.Pothuracu Hindistana geri dönüb. O, dağa ölkəsinin dövlət bayrağı ilə qalxıb və onu dağın zirvəsinə sancıb.

"Gün yağışlı idi. Bir az qorxurdum, ayaqlarım ağrıyırdı, yolun yarısında istirahət məqsədi ilə dayandım, amma sonradan zirvəni fəth edə bildim", - alpinist deyib.


Xəbərə aid foto