“Mühafizəçi kimi görünmək istəmirəm”
Şou-biznes 16 Apr 2018 12:29:00 60 0
"ARB Ulduz" un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Zamiq Hüseynov olub.
Bu xəbəri də oxu: "Qadının sünnət toyunda nə işi var?"
Son.az bildirir ki, müğənni son zamanlar niyə təqdimat mərasimləri vermədiyindən danışıb: "Sonuncu klip təqdimatım yadıma gəlmir. Mən o dövrü keçmişəm. Çünki hansısa maraqlı bir mövzuya toxunsam, o zaman təqdimat edərəm. Eyni mahnılar, eyni sözlər, klip. Dostlarıma da təqdimat edib əziyyət vermək istəmirəm. 3 aydan bir klip çəkdirirəm. İstəmirəm axı hamınıza əziyyət verim". Zamiq yaradıcılığından da söz açıb: "Etdiklərim tarixdə qalır. Mən nə zamansa ona baxanda deyirəm ki, nə yaxşı bunu etmişəm. Mənim sənətimdə planlarım var. O planları doldurmalıyam. Yaradıcılıqda hər şey superdir. May ayında Naxçıvanda Heydər Əliyev Sarayında konsertim olacaq. Klip, mahnılar həmişə var. Bu, yenilik deyil. Hər bir sənətçinin borcudur". Gənc müğənni idmansız darıxdığını dilə gətirib: "Baxıram ki, idmansız darıxıram. Gəldim bura, buradan studiyaya gedəcəm, oradan da idmana. İdmandan sonra da tədbirlərim var, ora gedəcəm. Yemək necə vacibdirsə, idman da mənim üçün elə vacibdir. Baxıram ki, özümü yaxşı hiss edirəm. İnsanın bədən quruluşu da yaxşı olur. Baxıram ki, idman məni daha yaxşı göstərir". Zamiq fitnes salonlarına, sadəcə, poz vermək üçün getmədiyini qeyd edib: "İdman salonlarına gedirlər, şəkil çəkdirirlər, ondan sonra yoxa çıxırlar. Bu da var. Mən idmanı özüm üçün edirəm. Ara-sıra şəkil də çəkdirirəm". "Artıq ət və yağlar olur. Onları bədəndən uzaqlaşdırmaq lazımdır. Çox da ağır yükün altına girmirəm. Səhnədə də mühafizəçi kimi görünmək istəmirəm".
Gələn ay toy edəcəyini deyən müğənni evliliyinin məsuliyyətini dilə gətirib: "Mən həmişə demişəm ki, olsa, gizlətməyəcəm. Planlaşdırmışıq, inşallah, gələn ay toyumuzdur. Allah deyən olsun". "Ailə həyatı elə bir şeydir ki, qardaşdır, bacıdır, atadır, anadır, uşaqlıqdan onlarla birlikdə yaşayırsan. Ancaq evlənəndə yeni bir insanla yeni bir həyata daxil olursan. Başa düşməlisən ki, həyatını onunla davam etdirməlisən. Bu, yeni həyatdır". Özəl günündə, toy məclisində çəkilişə, ümumiyyətlə, icazə verilməyəcəyini söyləyən müğənni bunun üçün əsaslı səbəbinin olduğunu deyib: "Toyda çəkiliş olmayacaq. Çalışdığım qədər xahiş edəcəm ki, şəkil, video, ümumiyyətlə, çəkiliş olmasın. Nəyə görə? Çünki son zamanlar paylaşılan görüntülərə xoşagəlməz rəylər yazılır. Saytlar ona diqqət etməli və vaxtında pozmalıdır. Səhifəni idarə edənlər həmin adamları ya bloklamalı, ya da yazılanları silməlidirlər. Çünki bu ailədir". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
“Keşlə”nin və Azərbaycan milli komandasının qapı

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev Misir parla

Bu, Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqəd

ARB TV-nin "Açıq pəncərə" proqramının növbəti qonaqları ə

6 yaşlı qızı zorlayan yeniyetmə 50 il müddətinə azadlıqdan məhrum edil

Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə

Salyan rayonunun Qaraqaşlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğən

Bəkir Bozdağ: "Siyasətimiz doğru işə xidmət edir"

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, "

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Ru

Aprelin 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan p

Aprelin 14-də saat 4 radələrində Qazax rayonunun Yuxarı Salahlı kənd saki

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətmək
