Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclasının vaxtı açıqlandı


Digərləri 16 Apr 2018 11:59:00 236 0

Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclasının vaxtı açıqlandı

Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclasının vaxtı açıqlanıb.

Bakı. Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclasının vaxtı açıqlanıb. Məhkəmədən Trend-ə verilən məlumata görə, 2018–ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası aprelin 17-nə təyin edilib. Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin