Azərbaycan Pekində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur


Digərləri 16 Apr 2018 11:41:22 240 0

Azərbaycan Pekində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan Pekində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur.

Bakı. Azərbaycan 16-18 aprel 2018-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə sözügedən sərgidə qurumun Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev iştirak edir. Ölkəmizi nazirliklə yanaşı, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edir.