Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb


Digərləri 16 Apr 2018 11:42:00 237 0

Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb

Bakı, Sumqayıt şəhərləri, Mərkəzi Aran rayonlarında hemofiliyalı xəstələrin sayı artıb.

Bakı. İlhamə İsabalayeva - Bakı, Sumqayıt şəhərləri, Mərkəzi Aran rayonlarında hemofiliyalı xəstələrin sayı artıb. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova deyib. Onun sözlərinə görə, Azərbaycanda hemofiliyalı xəstələrin yayılma tezliyi öyrənilib: "Müəyyən edilib ki, iri şəhərlər olan Bakı, Sumqayıt şəhərlərində, Mərkəzi Aran rayonlarında xəstələrin sayı artıb. Bakıda 758, Sumqayıtda 77 nəfər hemofiliyalı xəstə var. Bu artımı maarifləndirmənin nəticəsi ilə izah etmək olar. İnsanlar artıq bu xəstəlik barədə daha çox məlumatlıdırlar". E.Qədimova əlavə edib ki, hazırda mərkəzdə 1595 xəstə dispanser qeydiyyatındadır. Ölkədə qeydiyyatda olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatda olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlıdır. Xəstələrin 1051-də hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var.